Peşə məktəblərinə qəbulun nəticələri açıqlandı

Peşə məktəblərinə qəbulun nəticələri açıqlandı
  21 Avqust 2019    Oxunub:2372
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Nəticələrə görə, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.


Azvision.az



Teqlər: Peşə   Məktəb   Sənəd   Qəbul  





Xəbər lenti