Fondun könüllüləri Milli Qəhrəmanın məzarını ziyarət edib

Fondun könüllüləri Milli Qəhrəmanın məzarını ziyarət edib
  21 Avqust 2019    Oxunub:1209
Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri Qusar rayonunda təşkil edilmiş "Yay məktəbi"nin üçüncü günündə şəhid Milli Qəhrəman Çingiz Qurbanovun məzarını və Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsini ziyarət ediblər.
Qurumdan Azvision.az -a verilən məlumata görə, 19-23 avqust tarixlərini əhatə edən Yay düşərgəsi çərçivəsində könüllülər avqustun 20-də Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olub, dağ yəhudilərinin yığcam şəkildə yaşadığı Qırmızı qəsəbəni ziyarət ediblər.




Azvision.az


Teqlər: Könüllü  





Xəbər lenti