Vilayət Eyvazov avstriyalı səfirlə görüşüb
Daxili işlər naziri Vyana şəhər polisindən olan nümayəndələrin Bakıda keçirilmiş “Avrovizyon” mahnı müsabiqəsi, I Avropa Oyunları ərəfəsində Azərbaycana səfər etmələrindən, genişmiqyaslı tədbirlər zamanı ictimai təhlükəsizliyin təmini sahəsində öz təcrübələrini bölüşmələrindən məmnunluğunu bildirib.
O, problemlərdən danışarkən toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığını və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb.
Səfir Bernd Aleksander Bayerl səmimi qəbula və məlumatlara görə minnətdarlığını bildirib, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin günü-gündən inkişaf etdiyini vurğulayan diplomat fəaliyyəti dövründə müvafiq dövlət qurumları, o cümlədən iki dost dövlətin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Azvision.az