AFFA bir neçə klubu cərimələdi

AFFA bir neçə klubu cərimələdi
  21 Avqust 2019    Oxunub:2386
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, yığıncaqda Premyer Liqanın I turunda baş verənlərlə bağlı qərarlar verilib. “Keşlə” – “Qarabağ” matçının 74-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. “Qarabağ” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimələnib.

“Qəbələ” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb. Görüşün 84-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Qarşılaşma başa çatdıqdan sonra “Qəbələ”nin azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibləri 4000 manat cərimələnib. Görüş “Sumqayıt” ucbatından 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə ödəyəcək.

“Neftçi” – “Sabah” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat xərcə düşüb.

Azvision.az



Teqlər: AFFA  





Xəbər lenti