Rəşad Atakişiyevlə vida mərasimi - FOTOLAR (YENİLƏNİB)

Rəşad Atakişiyevlə vida mərasimi -  FOTOLAR (YENİLƏNİB)
  21 Avqust 2019    Oxunub:27776
Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilib.

Azvision.az xəbər verir ki, mərhumun cənazəsi səhər saatlarında evinə gətirilib. Onun yaxınları, pilot yoldaşları vida mərasimində iştirak etmək üçün Yeni Yasamaldakı evinin həyətinə toplaşıblar.
Rəsmi vida mərasimi saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində başlayıb. Mərasimdə Müdafiə Nazirliyinin rəhbər heyəti, dövlət rəsmiləri və pilotun ailə üzvləri iştirak ediblər.

Hazırda pilotun nəşi dəfn olunması üçün II Fəxri Xiyabana aparılır.

Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi ötən gün tapılaraq dənizdən çıxarılıb.





























FOTO: Bəxtiyar Məmmədov
Anar Kəlbiyev

Azvision.az


Teqlər: Pİlot  





Xəbər lenti