Yasamalda yanğın zamanı 17 nəfər təxliyə olunub

  20 Avqust 2019    Oxunub : 1019
Yasamalda yanğın zamanı 17 nəfər təxliyə olunub
Bakı şəhərinin Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 p.m yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. ​

Azvision.az

Teqlər: Yanğın   Yasamal   FHN