Bakı metrosunda işıqlar söndü

  20 Avqust 2019    Oxunub : 896
 Bakı metrosunda işıqlar söndü
Bakı metrosunda problem yaranıb.

Bu barədə Azvision.az -a "Bakı Metropoliteni" Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, metropolitenə gələn elektrik xətlərində gərginliyin düşməsi "Sahil" stansiyasının esklatorları və işıqlanma sistemində əksini tapıb.

"Sərnişin təhlükəsizliyi tələblərinə ciddi əməl olunmaqla qısa müddət ərzində eskalatorların fəaliyyəti bərpa olunub. Sərnişinlər arasında xəsarət olmayıb. Gərginliyin düşməsi qatarların hərəkətinə ciddi təsir göstərməyib",- deyə B.Məmmədov vurğulayıb.

Azvision.az

Teqlər: Metro   Sahil