Şəmkirdə yandırılan qadının vəziyyəti kritikdir

  20 Avqust 2019    Oxunub : 1475
 Şəmkirdə yandırılan qadının vəziyyəti kritikdir
Şəmkirdə keçmiş kürəkəni tərəfindən yandırılan 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızının vəziyyəti kritik olaraq qalır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, həkimlər yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə irəliləyiş əldə etməyin mümkün olmadığını deyiblər. Bildirilib ki, hazırda səylər davam etdirilir.
Xatırladaq ki, avqustun 19-da Şəmkirin Sarıtəpə kəndində Dəllərcəyir kənd sakini Elmar Məsimov ailə münaqişəsi zəminində keçmiş qayınanasına məxsus evi yandırıb. Yanğın zamanı evdə onun 24 yaşlı boşandığı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı eks-qayınanası olub. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və onun 2 yaşlı övladı aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Şəmkir   Yanğın