Bakı Tikiş Evi: “Yeni məktəbli formaları fərqli olacaq”

     Bakı Tikiş Evi:    “Yeni məktəbli formaları fərqli olacaq”
  19 Avqust 2019    Oxunub:3303
“Vahid məktəbli forması ilə bağlı Təhsil Nazirliyi bizə müraciət edib və yaradılan İşçi Qrupunun tərkibində bizim də ixtisaslı işçilərimiz var”

Bunu Azvision.az -a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, İşçi Qrupunun hələ ki iclası keçirilməyib.
"İclas olanda və konkret təkliflər veriləndə, nümunələr bizim tərəfimizdən hazırlanacaq. Hələlik nümunə yoxdur. Nümunə daxil olan kimi dizaynerlərimiz üzərində işləyəcək. Bütün yaş qruplarının geyinə biləcəyi nümunələrin hazırlanması nəzərdə tutulub”.

E.Əzimov əlavə edib ki, yeni formalarda yaz-yay və payız-qış geyimlərinin fərqli olması nəzərdə tutulur: “Avropa təcrübəsinə nəzərə yetirilir. Formaların qiymətlərinin necə olacağı hələlik bəlli deyil”.

Qeyd edək ki, vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində tətbiqi nəzərdə tutulur.

Aytən Zəhra
Azvision.az


Teqlər: BTE   Məktəb   Forma  





Xəbər lenti