Bakının mərkəzi küçələri 1 həftəlik bağlanır

  19 Avqust 2019    Oxunub : 903
Bakının mərkəzi küçələri 1 həftəlik bağlanır
Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.

Azvision.az

Teqlər: Yol   Küçə