Keçmiş əri tərəfindən yandırılan qadın xəstəxanada öldü
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bədəninin 70% (4-cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadını həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən gün Şəmkirin Sarıtəpə kəndində yerli sakin ailə münaqişəsi zəminində keçmiş qayınanasına məxsus evi yandırıb. Yanğın zamanı evdə onun 24 yaşlı boşandığı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qadın olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Hadisənin Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov tərəfindən törədilməsi müəyyən edilib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Şəmkir Yanğın Xəstəxana