Köməksiz qalan 3 nəfər xilas edilib

Köməksiz qalan 3 nəfər xilas edilib
  19 Avqust 2019    Oxunub:1060
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşlara müvafiq köməklik göstərib.

Həmçinin, Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az




Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti