Mağazada işləyən qadını qarət etdilər

Mağazada işləyən qadını qarət etdilər
  17 Avqust 2019    Oxunub:1082
Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 5-ci mikrorayon ərazisində mağazaların birində işləyən şəhər sakini İ.Əzimovanın içərisində 470 manat pul, qızıl bilərzik, sənəd və açarlar olan pul kisəsi oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunan R.Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Sumqayıt   Oğurluq  





Xəbər lenti