Azərbaycanda 6 ayda 28745 nəfər ölüb

   Azərbaycanda 6 ayda 28745 nəfər ölüb
  17 Avqust 2019    Oxunub:1204
Azərbaycanda 6 ayda ölən şəxslərin sayı açıqlanıb.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun aylarında ölkə üzrə 28745 ölüm halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb.

Qeyd edək ki, ümumilikdə ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatıb.

Azvision.az



Teqlər: Statistika   Ölüm  





Xəbər lenti