Azyaşlı bacı-qardaşı oğurlayan qadın tutulub

   Azyaşlı bacı-qardaşı oğurlayan qadın tutulub
  16 Avqust 2019    Oxunub:1504
Bakıda itkin düşən bacı-qardaş tapılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü Nargilə Quliyeva tutularaq istintaqa təhvil verilib.

Azvision.az



Teqlər: Polis   İtkin  





Xəbər lenti