Şəki və Oğuzun bəzi kəndləri qazsız qalıb

Şəki və Oğuzun bəzi kəndləri qazsız qalıb
  16 Avqust 2019    Oxunub:1688
Bu gün səhər saatlarında 2 rayonda bir neçə yerdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, orta təzyiqli qaz xəttinin yol inşaat işləri zamanı zədələnməsi ilə əlaqədar olaraq saat 09:00-dan Şəki rayonunun Kiçik Dəhnə, Böyük Dəhnə, Dərə Cənnət, Suçma kəndlərində məhdudiyyətlər tətbiq edilib.

Oğuz rayonunda isə orta təzyiqli qaz xəttinin yeraltı yol keçidində qaz sızması aşkarlanıb. Ona görə də rayonun Bayan, Bucaq, Calut, Muxas kəndlərində məhdudiyyətlər olacaq.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti