“CATEL-in fəaliyyəti bərpa ediləcək” –Nazir müavini

“CATEL-in fəaliyyəti bərpa ediləcək” –Nazir müavini
  04 Dekabr 2013    Oxunub:1456
Şirkətin fəaliyyəti gələn ildən genişləndiriləcək

Uzun müddətdir fəaliyyətini dayandıran CATEL şirkəti işini yenidən bərpa edəcək.

Bu barədə AzVision.az-a açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.

Nazir müavinin sözlərinə görə, bir müddətdir şəbəkədə müəyyən problemlər olduğu üçün hələ də öz həllini tapmayıb:

“Doğrudur bu suala bir neçə dəfə toxunulub. Və demək olar həllinə çox yaxınlaşmışdıq. Mən deyim ki, cənab nazir bu barədə suala cavab verəndə dedi ki, qısa müddətdə artıq problemin həlli başa çatacaq. O, bizə bu barədə tapşırıq da vermişdi. Biz istehsalçı və texniki infrastrukuturu təmin edən şirkətlərlə dəfələrlə görüşüb müzakirələr aparmışıq, Həlli də çox yaxın idi. Hətta bütün texniki avadanlıqlar quraşdırlıb, testlərdə tam başa çatmadı, anlaşılmazlıq olduğundan bu həll olunmadı. Biz bu gün də onun üzərində müzakirə aparırıq”

İ.Məmmədov CATEL nömrələrin fəaliyyətinin bərpası ilə bağlı nazirlikdə müzakirələr getdiyini bildirib: “Bu məsələni bir daha müzakirə etmişik. Bununla bağlı bizim tam maraqlı bir təklifimiz var. Hətta əvvəlkindən daha da geniş şəbəkəni genişləndirmək və hər yeri əhatə etmək istəyirik. Ancaq bu bir az vaxtla bağlıdır yəni texniki uzlaşma problemlərinin başa çatmasına bağlıdır. Əgər konkret olaraq bunlar başa çatsa, hətta yanvardan öz fəaliyyətinə başlaya bilər.
Ancaq həmin şəbəkə infrsatrukturunun tam gücü ilə yenidən işə salınması üzərində işləyirik. Həm operatorlar, həm istehsalçı şirkətlər, həm də hüquqi bazası ilə”-deyə, İltimas Məmmədov əlavə edib.

Qeyd edək ki, CATEL nömrələr 2011-ci ilin aprel ayından öz fəaliyyini dayandırıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti