Tankçılarımız final hazırlıqlarını başa vurub - VİDEO

Tankçılarımız final hazırlıqlarını başa vurub -    VİDEO
  15 Avqust 2019    Oxunub:1473
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində finala vəsiqə qazanan tankçılarımız son hazırlıqlarını başa vurublar.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu tərəfindən final estafetində istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib. Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan tankçıları avqustun 17-də keçiriləcək final estafetində birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.




Azvision.az



Teqlər: MN   Tank  





Xəbər lenti