AQTA-nın bayram çadırları söküldü

AQTA-nın bayram çadırları söküldü
  15 Avqust 2019    Oxunub:2281
Qurban bayramı günlərində fəaliyyət göstərən çadır tipli kəsim məntəqələrində işlər yekunlaşıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Azvision.az -a verilən məlumata görə, məntəqələrin fəaliyyət göstərdiyi ərazilərə xüsusi texnikalar cəlb edilib və həmin qurğular vasitəsilə aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazi dezinfeksiya olunaraq təmizlənib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən çadırların sökülərək ərazidən uzaqlaşdırılması və saxlanc ambarlarında yerləşdirilməsi təmin edilib.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti