Ruhi xəstə DSMF-nin binasını partlatmaq istədi

  04 Dekabr 2013    Oxunub : 414
Ruhi xəstə DSMF-nin binasını partlatmaq istədi
Bakının Yasamal rayonunda bir nəfər şübhəli şəxs qismində DİN-ə zəng edib.
Hüquq-mühafizə orqanlarından AzVision.az-a daxil olan məlumata görə, dünən axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu sakini, 1981-ci il təvəllüdlü Ələkbərov Sahib Nurəddin oğlu DİN-nin 102 xidmətinə zəng vuraraq "50 manat təqaüd aldığını, yanacağın qalxmasına, maddi imkanının olmamağına və Sosial Müdafiə Fondundan yardım almadığına görə Azpetrol yanacaq doldurma məntəqəsini və Sosial Müdafiə Fondunu partlada biləcəyini, çevriliş edə biləcəyini, heç kimdən qorxmadığını" bildirib.

Məlumat əsasında bildirilirb ki, Sahib Ələkbərov 2012-ci il tarixdən Ruhi Əsəb Dispanserində qeydiyyatdadır.

Faktla bağlı araşdırma aparılır.

Mirvari

Teqlər: