Bulvarda ərəb turist ölüb

Bulvarda ərəb turist ölüb
  15 Avqust 2019    Oxunub:1471
Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.
Azvision.az "Report"a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov məlumat verib. O b ildirib ki, ərəb turist "Kukla" teatrının yaxınlığında ürək tutmasından ölüb.

"Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır", - deyə o bildirib.

P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.

Azvision.az



Teqlər: Bulvar   Turist  





Xəbər lenti