Depozit hərracının nəticələri açıqlandı

Depozit hərracının nəticələri açıqlandı
  14 Avqust 2019    Oxunub:1210
Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
Bankdan Azvision.az -a verilən məlumata görə, avqustun 14-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 682,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26 faiz təşkil edib.

Azvision.az



Teqlər: AMB   Depozit   Hərrac  





Xəbər lenti