Gürcüstana gedə bilməyən rus turistlər Azərbaycana üz tuturlar

   Gürcüstana gedə bilməyən rus turistlər Azərbaycana üz tuturlar
  14 Avqust 2019    Oxunub:1972
Azərbaycan və Ermənistan istirahətini Gürcüstanda keçirmək istəyən rus turistlərin 30 faizini özlərinə yönəldə bilib.

Azvision.az xəbər verir ki, bunu “Ria Novosti”yə açıqlamasında "Mouzenidis Travel" turoperatorunun icraçı direktoru Aleksandr Çandekidi deyib.
O bildirib ki, bunlar əsasən Gürcüstandakı görməli yerləri gəzmək istəyən, qastronomik turları planlaşdıran turistlərdir: “Gürcüstanda şirkətimizin ofisi var idi. Həmçinin Ermənistan və Azərbaycanda oxşar nümayəndəliyimiz var. Artıq demək olar ki, bu iki ölkəyə Gürcüstana getməli olan potensial turistlər aktiv şəkilə yönəliblər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turist   Rusiya   Azərbaycan   Səfər  





Xəbər lenti