“Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra olunub

“Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra olunub
  13 Avqust 2019    Oxunub:1395
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu mərhələnin şərtlərinə əsasən, müsabiqə iştirakçısı olan ölkələrin komandalarından iki nəfər ayrılaraq qarışıq snayper cütlükləri təyin olunur.

“Beynəlxalq qarışıq snayper cütlüklərinin dueli” mərhələsinin icrası zamanı Qırğızıstan və Monqolustan komandalarından olan snayperlər ilə bərabər yarışan komandamızın snayperləri müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Azvision.az


Teqlər: Ordu   Hərbi  





Xəbər lenti