Yük maşını dərəyə aşıb: Sürücü yaralanıb, oğlu ölüb

  13 Avqust 2019    Oxunub : 1300
 Yük maşını dərəyə aşıb: Sürücü yaralanıb, oğlu ölüb
Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayıllı rayonu ərazisində qeyd alınıb. “HOVA” markalı, 99 CZ 905 dövlət nömrə nişanlı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü xəsarət alıb, onun oğlu isə aşan avtomobilin təkərinin altında qalaraq dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupunun əməkdaşları cəlb olunub.

Hazırda meyitin yük avtomobilinin altından çıxarılması üçün tədbirlər görülür. (apa)

Azvision.az




Teqlər: Yük-maşını   İsmayıllı   Qəza