Bu şəxslərin maaşı artırıldı

Bu şəxslərin maaşı artırıldı
  13 Avqust 2019    Oxunub:3548
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktorun maaşı 1540 manat, direktorun müavinin maaşı 1230 manat, şöbə müdiri, kompüter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasibin maaşı 900 manat, şöbə müdirinin müavini, kompüter mərkəzi müdirinin müavini, redaksiya müdirinin müavini, baş mühasibin müavinin maaşı 760 manat, ümumi şöbənin müdiri, kitabxana müdirinin maaşı 500 manat, böyük elmi redaktor, iqtisadçı, mühasibin maaşı 445 manat, elmi redaktorun maaşı 400 manat, kiçik redaktor, komendant, mütəxəssisin maaşı 370 manat, avtomobil sürücüsünün maaşı 320 manat, arxivçinin maaşı 295 manat, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 260 manat olub.

Bundan əlavə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Dəyişikliyə əsasən, İşçi Qrupun rəhbərinin maaşı 1275 manat, İşçi Qrupun rəhbərinin müavinin maaşı 890 manat, sektor müdirinin maaşı 770 manat, Baş məsləhətçinin maaşı 645 manat, Böyük məsləhətçinin maaşı 575 manat, Aparıcı məsləhətçi - mühasibin maaşı 505 manat, Məsləhətçinin maaşı 385 manat olub.

Azvision.az



Teqlər: Əməkhaqqı  





Xəbər lenti