Onların da maaşı artırıldı

   Onların da maaşı artırıldı
  13 Avqust 2019    Oxunub:1644
Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Azvision.az -ın məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Beləliklə, Mərkəzin rəisinin maaşı 572 manatdan 790 manata, Mərkəzin rəisinin müavininin maaşı 451 manatdan 625 manata, aparıcı məsləhətçinin maaşı 330 manatdan 460 manata, məsləhətçinin maaşı 325 manatdan 455 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, kargüzarın maaşı 195 manatdan 295 manata, xadimənin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Azvision.az




Teqlər: Maaş  





Xəbər lenti