Polisin satıcılardan pul yığması barədə iddialara cavab

 Polisin satıcılardan pul yığması barədə  iddialara cavab
  13 Avqust 2019    Oxunub:3389
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis əməkdaşının Xətai rayonunda yarmarkada satıcılardan pul yığması ilə bağlı yayılan məlumata münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, xaricdən idarə edilən saytlardan birində yer alan iddia həqiqətə uyğun deyil: "Görüntüdən də aydın olur ki, polis əməkdaşı hər hansı yığım həyata keçirmir. Bununla bağlı hazırlanmış materialda iddia olunanlar cəfəngiyyat, polisə qarşı yönəlmiş növbəti virtual təxribatdır və ictimai fikirdə çaşqınlıq yaratmağa hesablanıb".

E.Hacıyev əlavə edib ki, videogörüntüdə yığım aparan mülki şəxs bazar nəzarətçisidir.

Azvision.az


Teqlər: DİN   Polis   Satıcı  





Xəbər lenti