Hərbi hissələrdə Qurban bayramı qeyd edilir

Hərbi hissələrdə Qurban bayramı qeyd edilir
  13 Avqust 2019    Oxunub:1869
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılır.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilir, onlar üçün bayram süfrələri təşkil olunur və mədəni kütləvi proqramlar nümayiş etdirilir.

Azvision.az


Teqlər: Hərbi-Hissə  





Xəbər lenti