Dənizdə batan qızın meyiti tapıldı

Dənizdə batan qızın meyiti tapıldı
  12 Avqust 2019    Oxunub:2090
10.08.2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Z.Cəfərzadənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti