Külək Qaradağda fəsadlar törədib

   Külək Qaradağda fəsadlar törədib
  11 Avqust 2019    Oxunub:1515
Əsən güclü külək nəticəsində Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyündə navalça asılı vəziyyətdə qalaraq bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaradıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görüb və digər təxirəsalınmaz tədbirlər həyata keçirib.

Azvision.az


Teqlər:





Xəbər lenti