Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

   Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
  11 Avqust 2019    Oxunub:2199
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azvision.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:

"Əziz həmvətənlər, Qurban bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm.

Allah dualarınızı qəbul etsin!"

Azvision.az


Teqlər: Mehriban-Əliyeva   Birinci-Vitse-Prezident   Qurban-Bayramı  





Xəbər lenti