Cəlilabadda ev, Gədəbəydə kafe yanıb

Cəlilabadda ev, Gədəbəydə kafe yanıb
  10 Avqust 2019    Oxunub:1445
Cəlilabad rayonunun Ocaqlı kəndində ümumi sahəsi 136 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 116 m² sahədə yanıb.
Azvision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gədəbəy rayonunda isə ümumi sahəsi 500 m² olan ikimərtəbəli 5 otaqlı kafenin 2-ci mərtəbəsində bir otağının tavanı 4 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti