Sergey Yeseninin Bakıda yaşadığı ev - FOTOREPORTAJ

Sergey Yeseninin Bakıda yaşadığı ev -  FOTOREPORTAJ
  10 Avqust 2019    Oxunub:13320
XX əsrin əvvəllərində yazıb-yaratmış məşhur rus şairlərindən biri Sergey Yesenindir. Adı həmin dövrün ən böyük şairləri – Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin ən lirik şairlərdən hesab olunur. O, 1924-1925-ci illərdə bir müddət Bakıda olub, yaradıcılığının ən məhsuldar dövrünü Bakıda yaşayıb.
Yeseninin Azərbaycanla bağlılığı dövlət səviyyəsində də öz layiqli qiymətini alıb. Belə ki, Bakının Mərdəkan qəsəbəsində Yeseninin yaşadığı evdə onun xatirə muzeyi yaradılıb.

Muzeyin yerləşdiyi yer 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağ evi olub. Muzey 1975-ci il oktyabrın 3-də Yeseninin anadan olmasının 80 illiyi münasibətilə fəaliyyətə başlayıb. Muzeyin yerləşdiyi küçə onun adını daşıyır.

Muzeydəki ekspozisiyalar əsasən şairin əsərləri, onun haqqında yazılmış kitablar, qəzet məqalələri, fotoşəkillər, ona həsr edilmiş rəsm əsərləri, şairin büstləri və s.ibarətdir.

Azvision.az -ın Sergey Yeseninin Bakıdakı ev muzeyindən hazırladığı fotoreportajı təqdim edirik:





















































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Muzey   Şair   SergeyYesenin  





Xəbər lenti