Azərbaycan komandası finalda - VİDEO

Azərbaycan komandası finalda -    VİDEO
  10 Avqust 2019    Oxunub:2550
Moskva vilayətinin Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində “Səhra mətbəxi” müsabiqəsində Azərbaycan komandası finala vəsiqə qazanıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu gün iştirakçı komandaların çörəkçiləri şirniyyat məmulatlarının hazırlanmasında öz məharətlərini nümayiş etdiriblər.

Hakimlərin qərarına əsasən Azərbaycan komandası 239 balla birinci yerdə, Qazaxıstan komandası 238 balla ikinci yerdə, Monqolustan komandası isə 234 balla üçüncü yerdə qərarlaşıb.




Azvision.az



Teqlər: MN  





Xəbər lenti