Qurbanlıqların satıldığı yerlər dezinfeksiya olunacaq

Qurbanlıqların satıldığı yerlər dezinfeksiya olunacaq
  10 Avqust 2019    Oxunub:1765
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçiriləcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar müvafiq qurumlar tərəfindən müəyyən edilmiş heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra dezinfeksiya işləri ödənişsiz olaraq aparılacaq.

"Həmçinin, Aqrar Xidmətlər Agentliyi bəyan edir ki, fərdi şəkildə dezinfeksiya işləri ilə bağlı müraciətlər edilən təqdirdə qanunvericiliyin tələblərinə uyğun dövlət rüsumu tətbiq olunacaq.

Qurban bayramı ilə əlaqədar aparılacaq dezinfeksiya işlərində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpiləcək, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə həyata keçiriləcək. Heyvan satışı və kəsimi yerləri dezinfeksiyadan sonra istifadəyə veriləcək və ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin ediləcək" - deyə, məlumatda qeyd olunub.


Azvision.az


Teqlər: KTN   Qurbanlıq  





Xəbər lenti