Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib
  10 Avqust 2019    Oxunub:1614
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
Azvision.az xəbər verir ki, başsağlığında deyilir: “Arxangelsk vilayətində yerləşən hərbi poliqonda baş vermiş hadisə nəticəsində “Rosatom” şirkətinin əməkdaşlarının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Rusiya   Başsağlığı  





Xəbər lenti