Rusiyada silah anbarında partlayış olub - Yaralılar var

  09 Avqust 2019    Oxunub : 1169
Rusiyada silah anbarında partlayış olub - Yaralılar var
Rusiyanın Krasnoyarsk vilayətində yerləşən silah-sursat anbarında partlayış olub.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi sursat olan stellaja ildırım düşməsi nəticəsində yanğın və partlayış baş verib. Yaralılara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Rusiya   Partlayış