“Dəniz kuboku - 2019”da voleybol yarışı

“Dəniz kuboku - 2019”da voleybol yarışı
  09 Avqust 2019    Oxunub:1721
“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilər arasında voleybol yarışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan hərbi dənizçiləri voleybol yarışında da qalibiyyətlərini davam etdiriblər. Belə ki, dostluq turnirinin yekununa görə, Azərbaycan birinci, Qazaxıstan ikinci, İran üçüncü, Rusiya komandası isə dördüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Azvision.az



Teqlər: Dəniz-Kuboku  





Xəbər lenti