Bakının bəzi yerlərində qaz kəsilib

Bakının bəzi yerlərində qaz kəsilib
  08 Avqust 2019    Oxunub:1329
Avqustun 8-i səhər saat 09:00-dan etibarən Qaz İxrac İdarəsinin balansında olan “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunacaq.
“Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, bu müddət ərzində Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Suleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılıb.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti