Nazirlik: Avtobus qəzasında 5 nəfər yaralanıb

   Nazirlik:   Avtobus qəzasında 5 nəfər yaralanıb
  08 Avqust 2019    Oxunub:1566
Bakı-Sumqayıt magistralında turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobusun toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avtoqəza nəticəsində yaralanan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına aparılıblar.

Onlar 50, 58 və 41 yaşında 3 qadın, 59 və 23 yaşında 2 kişidir. Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

Aytən Zəhra
Azvision.az



Teqlər: Avtobus   Qəza   Yaralı   Xəstəxana  





Xəbər lenti