Ata həbsdə olan oğluna heroin keçirərkən tutuldu

Ata həbsdə olan oğluna heroin keçirərkən tutuldu
  07 Avqust 2019    Oxunub:1639
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Quliyev Pərviz Hümbət oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Quliyev Hümbət Həbib oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman iki ədəd alışqanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0.903 qram olan narkotik maddə - heroin aşkar edilib.

Azvision.az



Teqlər: Heroin   Həbsxana  





Xəbər lenti