Mağazadan 25 min manatlıq oğurluq edildi - Fotolar
Məlumat daxil olan kimi Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. İdarə və Şöbə əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini İbrahim Delili saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.
Onun oğurladığı telefonlar yaşadığı evdə aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı 22 ci polis şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinə göndərilib. İ.Delili barəsində cinayət işi başlanılıb,istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: DİN