Əbülfəs Qarayev 8 şirkətə lisenziya verdi

Əbülfəs Qarayev 8 şirkətə lisenziya verdi
  03 Dekabr 2013    Oxunub:1143
Mədəniyyət və Turizm Nazirliyi 20 şirkət və müəssisəyə turizm və mehmanxana fəaliyyəti üçün lisenziya verib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, oktyabr və noyabr aylarında turizm fəaliyyəti ilə məşğul olmaq üçün 8 şirkətə lisenziya təqdim edilib. Lisenziyalar "Turizm.az", "Ebrou", "Kavminvod Kurortları Agentliyi", "Trend Travel", "SVİT", "Exotic-Tour", "Favorit" və "Silk Way Aviaşirkəti"nə verilib.

Oktyabr və noyabr aylarında mehmanxana və mehmanxana tipli obyekt kimi fəaliyyət göstərmək məqsədilə 12 müəssisə liseniziya alıb.

Lisenziyalar Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən "Göy qurşağı" istirahət mərkəzi, Mingəçevirdə yerləşən "River Side", "Miraj" mehmanxanaları, Bakıda yerləşən "İçərişəhər", "Qız Qalası", "Azəri", "Crescent Beach Hotel" mehmanxanaları, "Buta" qonaq evi, "Lion - Garden" moteli, Qusarda yerləşən "Ladera" istirahət mərkəzi, Xaçmazda yerləşən "Çənlibel" və "Elay" istirahət mərkəzlərinin qanuni fəaliyyət göstərməsini təmin edəcək.


Teqlər:  





Xəbər lenti