Məmmədyarov Brüsselə getdi

Məmmədyarov Brüsselə getdi
  03 Dekabr 2013    Oxunub:943
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Brüssel şəhərinə yola düşüb
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin 4 dekabr tarixində keçiriləcək iclasında iştirak etmək məqsədilə NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə yola düşüb.

XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olaraq, habelə ISAF əməliyyatlarında verdiyi əhəmiyyətli töhfələrə görə təşkilatın yeni missiyasında potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib.


Teqlər:





Xəbər lenti