Bir neçə rayonda qaz təchizatı dayandırılıb

Bir neçə rayonda qaz təchizatı dayandırılıb
  06 Avqust 2019    Oxunub:1376
Bu gün səhər saat 09:00-dan etibarən avqustun 8-dək (2 gün müddətinə) Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.
Azvision.az “Azəiqaz”a isitnadən xəbər verir ki, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.

Bundan başqa, saat 10:00-dan 18:00-dək Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti