Azərbaycan XİN Qahirədəki terroru pislədi

   Azərbaycan XİN Qahirədəki terroru pislədi
  06 Avqust 2019    Oxunub:3146
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Misirin paytaxtı Qahirədə törədilən terror aktında həlak olan şəxslərin ailələrinə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

"Qahirədə avtomobildə bombanın partlaması nəticəsində ölənlərin ailələrinə baş sağlığı diləyir, terror aktı nəticəsində yaralananlara tezliklə sağalmağı arzu edirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini pisləyir", - qeyd olunub.

Azvision.az



Teqlər: XİN   Misir   Terror  





Xəbər lenti