Türkiyəli hərbçilər Bakıya gəlib

Türkiyəli hərbçilər Bakıya gəlib
  05 Avqust 2019    Oxunub:1668
Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizə səfərə gəliblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edən səfər çərçivəsində türkiyəli heyətin Bakı, Gəncə, Şəmkir, İsmayıllı və Şəki şəhərlərinə ekskursiyası təşkil edilib.

Qonaqlar ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olub, milli mətbəximizin yemək və şirniyyatlarından dadıblar.

Azvision.az


Teqlər: MN   Hərbçi  





Xəbər lenti