Vilayət Eyvazov Şəkidə qəbul keçirəcək

  05 Avqust 2019    Oxunub : 872
Vilayət Eyvazov Şəkidə qəbul keçirəcək
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 31-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az

Teqlər: Nazir   Qəbul