Əlillərin problemləri parlamentin müzakirəsində

Əlillərin problemləri parlamentin müzakirəsində
  03 Dekabr 2013    Oxunub:1006
Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva əlillərin problemlərini qaldırıb.

AzVision.az xəbər verir ki, deputat xatırladıb ki, ölkədəki əhalinin 5,5 faizinin əlil olduğunu deyib:

“Onlardan 425 mini böyük, 61 mini isə uşaqlardır. Birinci qrup əlilə verilən müavinət 67 manatdır. Minimum əməkhaqqından da aşağıdır. Birinci qrup əlillərin müavinətlərinin yaşayış minimumuna çatdırılmasına ehtiyac var. İkinci məsələ isə əlil arabaları ilə əlaqədardır. Dövlət əlil arabaları alıb verir, lakin bu arabaları hərəkət etdirmək üçün bir nəfərə daha ehtiyac var. Bundansa bir az artıq qiymətə motorlu əlil arabası almaq olar”.

Spiker Oqtay Əsədov millət vəkili Qənirə Paşayevanın sözünü yarımçıq kəsərək, bilidirib ki, bu çıxışlar 3 dəqiqəlikdir: “Sizsə hərəniz bir çıxış hazırlayırsız. Sözünüz varsa, komitə iclaslarında və ya büdcənin müzakirəsi zamanı çıxış edin”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti